2 C
Baku
Sunday, December 15, 2024

Bir dəfə Rey Bredberidən soruşmuşlar

– 1950-ci ildə siz özünüzə bəşəri məşhurluq gətirən “The Martian Chronicles” adlı hekayələr toplusu olan kitabınızı yazdınız. Bu kitabda deyilir: artıq ikinci minilliyin əvvəllərində Marsda Yer sakinlərinin qəsəbələri, şəhərləri olacaq. Necə düşünürsüz, son nəticədə bu niyə baş vermədi?

Bu suala utopik əsərlərin yaradıcısı çox sadə formada cavab verdi:

– Mənə tez-tez belə suallar verirlər və mən cavablarla bağlı fantaziyamı işə salmağı çox sevirəm. Bunda məqsədim cavabların müxtəlif olmasıdır! Bu günün cavabı: çünki insanlar axmaqdırlar. Onlar bir çox axmaqlıqlara yol veriblər: məsələn, onlar itlər üçün geyim hazırlayıblar, reklam meneceri vəzifəsini və iPhone yaradıblar və təmənnasız olaraq heç nə etmirlər. Əgər biz elmi inkişaf etdirib, Ay, Mars, Veneraya sahib olsaydıq kim bilir dünya indi necə idi? İnsana kosmosu gəzmək imkanı verilib, lakin bunun əvəzində o pivə içib seriallara baxmağı üstün tutur.

Daha sonra o gülümsəyərək demişdir: – Siz bu qoca adamın dediklərinə fikir verməyin, axı bu yaxınlarda mənim yüz yaşım olacaq.

Bir gün istehlak cəmiyyəti formalaşacaq və o təxminən bu formada olacaq.

Son xəbərlər
Digər xəbərlər