17 C
Baku
Thursday, May 8, 2025

Bir dəqiqəyə MBA: Devid Novakın şəxsi təcrübəsindən

Devid Novak bir zamanlar Pepsi firmasının top meneceri işləmişdir, o tez-tez ABŞ boyu səyahət edir, kompaniyanın sıravi əməkdaşları ilə kafelərdə bir fincan qəhvə və ponçiklərdən ibarət görüşlər təşkil edirdi. Belə bir “dairəvi masaların” birində bütün iştirakçılar Bobu – tarixin ən yaxşı merçendayzerini – tərifləyirdilər. “Bob, nəyə görə kədərlənirsən, axı hamı sənin ən yaxşı olduğunu deyir?”–Devid soruşur. “Mən artıq 47 ildir ki, burada işləyirəm və iki həftədən sonra təqaüdə çıxıram və mən heç təsəvvür belə etməzdim ki, insanlar haqqımda belə yüksək fikirdədir” – Bob cavab verir. 

Bundan sonra Devid Novak başa düşür ki, liderin ən vacib vəzifələrindən biri – kompaniyadakı mövqeyindən asılı olmayaraq, bütün insanların öz xidmətlərinə görə tanınmasına nəzarət etməkdir. Yaxşı görülmüş işin rəğbətləndirməyin nə qədər vacib olduğunu vurğulamaq üçün Devid Novak öz əməkdaşlarına müxtəlif dəlisov hədiyyələr paylamağa başlayır. Və bu işə yarayırdı, insanlar gülür, bəzən isə sevinc göz yaşı tökürdülər.

O, Pizza Hut şirkətinə rəhbərlik edəndə bu hədiyyələr “pendir formasında papaqlar” idi, Yum! Brands kompaniyasının başında olanda isə bu “gülən ağız” idi. Devid hər dəfə tərifə layiq əməkdaş ilə rastlaşanda, ona bu hədiyyəni verirdi. Amma ən vacibi hədiyyə və ya simvolik 100 dollar civarında məbləğ deyildi, vacib olan bu tədbirin, ritualın keçirilməsi idi. Hər prizin üzərində Novak kimə və hansı xidmətlərinə görə bu mükafatın verildiyini yazırdı. Həmçinin də o, əməkdaşlar ilə şəkil çəkdirirdi.

Bununla yanaşı kompaniyanın başçısı mükafat sahibinə deyirdi ki, o nəinki fotoşəkilin bir nüsxəsinin əməkdaşın evinə göndərəcək, o həm də şəkilin digər nüsxəsini öz kabinetində asacaq. “İndi korporativ aləmdə ən yaxşı kabinet məhz mənimkidir” – Devid Novak deyir. Çünki siz daxil olsanız, burada dünyanın ən yaxşı işçilərini görə bilərsiniz… Bəzi qonaqlarım mənə deyirdi: Devid, bəs divarda yer qalmayanda sən nə edəcəksən? İndi siz mənim kabinetimdəki dolablara baxsanız, portretləri orda da görə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər