Rəhbərlər üçün öz bizneslərinə və gələcəklərinə görə keçirdiyi qorxu hissini normal həddə saxlamağı bacarmaq olduqca vacibdir, yəni elə olmalıdır ki, qorxu sizə hərəkət etməyə mane olmasın, qorxmazlıq isə başınızı gicəlləndirməsin, Money Watch eksperti Stiv Tobak əminliklə bildirir.
«Risk etməkdən və artıq sahib olduqlarınızı itirməkdən qorxmayın –qorxu sizə irəli getməyə əngəl olur. Amma öz gələcəyinə görə sağlam narahatlıq hissindən də tamamı ilə imtina etməyə dəyməz. Əgər siz fikirləşirsinizsə ki, səhv edə və yıxıla bilməzsiniz, onda düşünülməmiş risklər etməyə başlayacaqsınız və son nəticədə mütləq uduzacaqsınız».