19 C
Baku
Friday, May 3, 2024

Bir dəqiqəyə MBA: «Pis xəbərlərə görə mükafatlandırın»

«Təşkilat üçün ən faydalı insanlar məhz bəd xəbərləri gətirənlərdir» –İntel korporasiyasının banisi Endryu Qrouv belə düşünür. İş adamı belə insanları «kassandr» adlandırır. «Heç də hər təşkilatda sizə-yəni kompaniyanın rəhbərinə pis xəbəri söyləyə bilmək cəsarətində olan adamlar yoxdur», –Qrouv London biznes məktəbindəki öz çıxışı zamanı tələbələrə söyləyib. 

«Bu həmin məkanda hökm sürən qorxu atmosferi ilə bağlıdır. Bəzən menecerlər özləri də bilmədən onlara pis xəbəri gətirmiş əməkdaşlara hirslərini tökür və onlara qarşı acıqlı davranırlar. Lakin belə etməklə rəhbərlik özü də bilmədən biznesin çətin durumda olması, strategiyadakı nöqsanlar, standartların aşağı düşməsi və artan müştəri narazılığı ilə bağlı informasiya təchiz edən çox vacib bir kanalı bloklaşdırmış olur. Belə olduqda üst idarəedicilər informasiyanı ilkin əldən almaqla bağlı çətinliklər ilə üzləşəcək.

«Kassandrların» pis xəbərlərlə bir-başa və məhz sizin yanınıza gəlməyi həyatı əhəmiyyət daşıyır» – İntel rəhbəri əminliklə bildirir. «Bu rolda, onun fikrincə, bilavasitə müştərilər ilə çalışan satış şöbəsinin əməkdaşları daha yaxşıdırlar. Onlar müştərilərin məyusluğunu və müəyyən məhsula tələbatın aşağı düşməsini hamıdan öncə hiss edirlər. Istənilən bir əməkdaşın prezidentin yanına gələ bildiyi və ona acı həqiqəti söyləyə bildiyi korporativ mədəniyyətin qurulması heç də az vaxt tələb etməyəcək, məşhur biznesmen xəbərdarlıq edir. Bu zaman sizin davamlı olmalı və seçiciliyə yol verməli deyilsiniz.

Pis xəbər gətirən bir əməkdaşın “başını kəsib” digəri isə səmimiliyə görə mükafatlandırmaq olmaz. Hamının gözünün qabağında verilmiş bu cəzanın insanların – kompaniyanın kollektiv yaddaşından silinməsi üçün illərlə reabilitasiya lazım olacaq, Qrouv hesab edir. O düşünür ki, əməkdaşlara pis xəbərləri sizinlə paylaşmağı aşılamağın yeganə üsulu cəza qorxusuna son qoymaqdır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər