Rəhbərin sizdən razı olması və sizə dediyi komplimentlərdə xəsislik etməməsi –hələ o demək deyil ki, yaxın bir zamanda sizin əmək haqqınızı artıracaq və ya sizə daha məsuliyyətli iş həvalə edəcəklər. Daha çox əksinə olur -bu, bir həyəcan siqnalıdır -HR mütəxəssisi Suzanna Lukas belə düşünür.
«Sizi tərifləyirlər? Ola bilsin ki, siz rəhbərinizin dediyi qədər də yaxşı deyilsiniz, sadəcə o tənqid etməyi bacarmır. Ya da əksinə, siz o qədər yaxşı işçisiniz ki, rəhbərlik sizi itirməkdən qorxur –ona görə vəzifə artıma ümid etməyin. Yaxşı icraedicilər tapmaq elə də asan deyil. Artıq neçə ildir ki, sizin vəzifənizi artmamalarının səbəbi nə olursa olsun, yaxşı olar ki, bunu bir başa soruşasınız. Sizə elə gəlir ki, karyerada irəliləmək istəyiniz hamı üçün açıq-aydındır və rəhbərliyin də bundan xəbəri var. Demək ki, yanılırsınız, bu kifayət qədər də gözə çarpmır. Bəzi insanların sizdən fərqli olaraq, heç ambisiyası yoxdur və onlar dəyişiklik haqqında qəti düşünmürlər».