5 C
Baku
Saturday, December 14, 2024

Bir dəqiqəyə MBA: «Stiv Cobsu təqlid etmək kimi axmaq fikirləri kənara qoyun»

Stiv Cobsun uğurlu kompaniya, məhsul və əfsanəvi brend yaratmaq sahəsindəki nailiyyətlərini dəyərləndirməmək mümkün deyil, amma bu o anlama gəlmir ki, kor-koranə şəkildə onun bütün hərəkətlərini təkrarlamaq lazımdır, Money Watch-ın mütəxəssisi Stiv Tobak əminliklə bildirir.  

«Hər şey hündür yaxalıqlı qara sviterlərdən, cinslərdən və idman çəkmələrindən başladı. Lakin göründüyü kimi bu az oldu, budur, bütün dünya boyu biznesmenlər və top-menecerlər Cobsun tərcümeyi-halında yazılan davranış modellərini təkrarlamağa çalışırlar. Həqiqətən də Apple liderindən öyrəniləsi şeylər çoxdur. Amma bir insan digərinin həyat yolunu olduğu kimi, eyniliklə 100% təkrar edə bilməz, nə də heç bir kompaniya digərinin dəqiq oxşarı ola bilməz. Çətin ki, siz fövqəladə hallar zamanı da həmin talantı, təcrübəni və idarəetmə bacarığını təkrarlaya biləsiniz. Bundan əlavə xatırlayın ki, Stiv Cobs -yəni ötən il vəfat edən və sizin xatirənizdə dərin iz salmış insanla illər öncə kompaniyanın əsasını qoymuş insan arasında yerlə göy qədər fərq var. Onlar iki fərqli rəhbərlərdir».

Son xəbərlər
Digər xəbərlər