22 C
Baku
Monday, July 22, 2024

Bir dollara görə bankı qarət edib polisi gözlədi

ABŞ-də qəribə qarət hadisəsi baş verib. Belə ki, 65 yaşlı şəxs bankdan 1 dollar oğurluq edib.

Hadisə Yuta ştatında baş verib.

65 yaşlı Donald Dantakoç banka girdikdən sonra “Bunu etdiyimə görə peşmanam, amma bu bir soyğundur. Mənə 1 dollar verin. Təşəkkür edirəm” yazılı qeydini kassaya uzadıb. Pulu alandan sonra isə kassirin polisə zəng etməsini tələb edib və onlar gələnə kimi bankda gözləyib.

Hüquq-mühafizə orqanları əməkdaşları yaşlı kişinin niyə belə bir soyğunçuluq etməsi ilə bağlı hələ açıqlama verməsə də, qarətlə bağlı araşdırmalara başlanıldığını bildiriliblər.

image

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər