13 C
Baku
Friday, November 22, 2024

Bir fransız dağılmış nikahına görə Uber şirkətindən 45 milyon avro tələb edir

Banker.az saytı The Local nəşrinə istinadən xəbər verir ki, bir fransız onun ailəsinin dağılmasına səbəb olan tətbiqetmədə baş vermiş texniki xətaya görə Uber şirkətini məhkəməyə verib. Biznesmen taksi sifarişi üzrə fəaliyyət göstərən Uber şirkətindən 45 milyon avro tələb edir.

 

Həmin biznesmen həyat yoldaşının mobil telefonundan Uber tətbiqetməsinə daxil olur, taksi sifariş edir və öz hesabından çıxış edir. Lakin buna baxmayaraq, qadının smartfonuna ərinin hara getməsi ilə bağlı bildirişlər gəlməyə davam edir. Biznesmenin həyat yoldaşı isə ərinin daimi səfərlərini analiz edərək yoldaşının ona xəyanət etdiyi qənaətinə gəlir.

Məsələ ilə bağlı ilk dinləmələr mart ayının əvvəlində baş tutacaq. Uber nümayəndələri məhkəmə iddiası ilə bağlı şərh bildirməkdən imtina ediblər və bildiriblər ki, fiziki şəxslərlə bağlı məhkəmə prosesləri haqqında fikir bildirmirlər, xüsusən də məsələ belə bir şəxsi həyat mövzusu ilə bağlıdırsa.

 

Son xəbərlər
Digər xəbərlər