Bir gündə 64% bahalaşma: Ucuz və gəlirli kripto valyuta “IOTA”

“Bitcoin” rəqəmsal birjalarda yenidın gözəl performans göstərməkdə davam edir.

Banker.az Coinmarketcap-a istinadən xəbər verir ki, “Bitcoin” 24 saat ərzində 3,72% artaraq  $11 566.90 təşkil edir. Adıçəkilən rəqəmsal pulun kapitalizasyası artaraq $193,4 milyarda çatıb.

Kriptovalyutarın içində ən yaxşı göstəricilər “IOTA”da hiss olunur. Belə ki, bu rəqəmsal pul 24 saat ərzində 64,62% bahalaşıb. Bu valyuta ötən həftənin bazar ertəsi 1 dollar belə deyildi. Ümumiyyətlə, “IOTA” qiyməti $2,4 olsa da, kriptovalyuta kapitalizasiyasına görə hazırda 5 ən iri kriptovalyutandır. Belə ki, “IOTA”nın kapitalizasiyası $6,66 həcmindədir.

Digər ən çox bahalaşan bunlardır:

Ad Kapitalizasiya Qiymət Dəyişmə (24 saat)
5 IOTA $6,660,866,370 $2.40 64.62%
34 Siacoin $339,282,429 $0.010831 58.11%
86 Groestlcoin $92,407,569 $1.34 42.50%
82 Edgeless $101,453,517 $1.24 39.13%
27 Nxt $492,073,405 $0.492566 36.36%
60 Santiment Net… $162,104,230 $2.68 30.00%