31 C
Baku
Monday, July 15, 2024

“Bir günlük müharibə Ukraynaya 100 milyon dollara başa gəlir”

Bir günlük müharibə Ukraynaya 100 milyon dollara başa gəlir.

Bunu yerli KİV-ə açıqlamasında Ukraynanın eks-müdafiə naziri Oliksiy Reznikov deyib.

“İndi bütün hörmətli böyük könüllü fondların büdcələrini götürün və görün nə qədər toplayırlar. Gündə 100 milyon dollar xərcləyən dövlət…Sadəcə bu barədə düşünün. Ona görə də dövlətə – hərbi-siyasi rəhbərliyə, yerli rəhbərlərdən tutmuş parlamentə, hökumətə, prezidentə qədər hamıya hər şeyin könüllülər tərəfindən edildiyini iddia etmək ədalətsizlikdir”,  – Reznikov qeyd edib.

Eyni zamanda, o, aydınlaşdırıb ki, 2022-ci il fevralın 24-dən bu günə qədər könüllülərdən alınan tədarüklər “müharibəyə gedən” hər şeyin 3%-ni təşkil edir.

Reznikovun sözlərinə görə, ordunu Ukrayna vətəndaşları təmin edir, çünki onlar işləyir və vergi ödəyirlər, dövlət büdcəsinə, oradan isə orduya göndərilir.

Son xəbərlər
Digər xəbərlər