Banker.azın verdiyi məlumata görə, Azər-Türk Bank bir il ərzində mənfəətini 6.5 dəfə artırmağa nail olmuşdur. Belə ki, Mart 2015 – Mart 2016 tarixlərində bankın mənfəəti 1.2 mln. AZN-dən sıçrayaraq 7.8 mln. AZN çatmışdır.
Bank bir çox göstəricilərdə artıma nail olmasına baxmayaraq, bunların arasında aktivlərin artımını xüsusi qeyd etmək istərdik. Qeyd olunan göstərici analoji dövr üçün 382 mln. manatdan 1.2 mlrd. Manata qədər artmışdırki , bu göstəricidə artım sürətinə görə Azərbaycan bank bazarında rekord göstərici hesab etmək olar.
Azər-Türk Bankın fəaliyyətində plastik kartlarla bağlı işdə gözə çarpacaq dərəcədə artımla nəticələnib. Belə ki, bankın plastik kart bazası bir il ərzində 4 116-dan 21 951 çatmışdır.
Digər banklar tərəfindən kreditləşməni məhdudlaşdığı bir dövrdə Azər-Türk Bank bu sahədədə artıma nail olub. Kredit portfeli 2015-ci ilin Martından 2016-cı ilin Martına qədər 149 mln. manat artım edərək 417 mln. manata çatdırmışdır.