19 C
Baku
Sunday, October 6, 2024

Bir il ərzində bank şöbələrinin sayı 14 ədəd azalıb

Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 512, şöbələrinin sayı 129, ATM-lərin sayı 2,535 olub.

Banker.az xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının 31 mart 2019-cu il tarixinə olan bank icmalında deyilir.

Ötən ilin müvafiq dövründə isə bankların filiallarının sayı 511, şöbələrinin sayı 143, ATM-lərin sayı 2,455 olub. Belə ki, illik müqayisədə bu il bank filiallarının sayı 1 ədəd artıb, şöbələrinin sayı 14 ədəd azalıb, ATM-lərin sayı isə 80 ədəd azalıb.

Fevral ayı ilə müqayisədə bank filiallarının sayı 3 ədəd artıb, şöbələrin sayı 7 ədəd və ATM-lərin sayı isə 11 ədəd azalıb.

Son xəbərlər
Digər xəbərlər