“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan “Azəralüminium” MMC 2020-ci ildə 98 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
Banker.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın yanvar sayında bildirilir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17.5 milyon ABŞ dolları və yaxud 15.1 % azdır.
Qeyd edək ki, 2019-cu ildə “Azəralüminium” MMC-nin xarici ölkələrə 115.5 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.