Azərbaycanda 2021-ci ilin fevral ayında banklar tərəfindən quraşdırılan bankomatların sayı 2 747 ədəd olub.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
2020-ci ilin fevralında isə cəmi bankomatların sayı 2 658 olub. Belə ki, illik müqayisədə 89 yeni bankomat quraşdırılıb.
Ötən ayla müqayisədə isə yeni quraşdırılan bankomatların sayı 7 ədəd olub.
Qeyd edək ki, fevral ayında bankomatların sayı Bakıda 1 439, regionlarda isə 1 308 olub.