2014-cü ilin son rübündə Access Bankın problemli kreditləri kəskin şəkildə artıb.
Banker.az Access Bankın dərc etdiyi hesabata istinadən xəbər verir ki, son bir il ərzində bankın problemli kreditləri 4 875 590 manat artaraq, 7 597 080 manata çatıb. Cəmi bir rüb ərzində isə bankın vaxtı keçmiş kreditləri 1 170 490 manat artıb ki, bu da 3 ay ərzində 18.2% artım deməkdir.
Hazırda bankın vaxtı keçmiş kreditlərinin kredit portfelində xüsusi çəkisi 0.92% təşkil edir. Ötən rüb isə bu faiz 0.83% təşkil edirdi.