2025-ci ildə ölkə üzrə əhalinin sayı 37462 nəfər və ya 0,4 faiz artaraq 2026-cı il yanvar ayının 1-i vəziyyətinə 10 262 351 nəfərə çatıb.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Ölkə əhalisinin sayı ötən ilin əvvəlindən 34812 nəfər və ya 0,3 faiz artaraq 2025-ci il dekabr ayının 1-i vəziyyətinə 10259701 nəfərə çatıb.
2025-ci ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 95875 doğulan körpə qeydə alınmış və 2024- cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,0-dan 9,4-ə düşmüşdür. Doğulan körpələrin 53,1 faizi oğlan uşaqları, 46,9 faizi isə qız uşaqları olmuşdur. Körpələrdən 3170-i əkiz, 117-si isə üçəm doğulmuşdur.







