28 C
Baku
Saturday, July 27, 2024

Bir illik dövlət istiqrazlarının gəlirliliyi 5 aylıq maksimuma yüksəldi

23 aprel 2024-cü il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0101060058 ISIN-li, 120 milyon manat həcmində, 364 gün tədavül müddətli diskontlu, dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Banker.az xəbər verir ki, bu barədə BFB-dən bildirilir.

Hərrac zamanı 16 investor tərəfindən qiymət intervalı 91.8014 (8.98%) manat və 93.1458 (7.3991%) manat olan 28 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 92.4258 (8.24%) manat, orta ölçülmüş qiyməti isə 92.7248 (7.8892%) manat olaraq müəyyən edilmişdir. Bu da 2023-cü ilin 21 noyabrından bu tərəfə maksimuma yüksəlib. İllik istiqrazlar üzrə sonuncu hərrac 2 apreldə keçirilib və orta gəlirlilik 7.27% təşkil etmişdi.

hgjnm 1

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 72,140,000 manat, yerləşdirilmiş həcmi isə 53,868,600 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 22.04.2025-ci ildir.

Hərrac iştirakçıları 24 aprel 2024-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd:Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Son xəbərlər
Digər xəbərlər