29 C
Baku
Thursday, July 4, 2024

Bir illik dövlət istiqrazlarının gəlirliliyi son 4 ilin maksimumuna yüksəlib

2 iyul 2024-cü il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 364 gün olan istiqrazlarının yerləşdirilməsi üzrə hərracda orta gəlirlilik yenidən yüksəlib.

Banker.az xəbər verir ki, bir illik dövlət istiqrazlarının orta gəlirliliyi 8.28% təşkil edib. Bu sonuncu dəfə bir illik dövlət istiqrazları üzrə 4 iyun hərracındakı 8.26%-i üstələyir. Üstəlik 2020-ci ilin iyunundan bu tərəfə maksimumdur.

İstiqrazların gəlirliliyinin yüksəlməsi ona olan hərracdakı tələbin aşağı olması da təsir edir. Bununla belə, bu gün tələb də aşağı deyil və dövlət xəzinəsi yüksək gəlirlilik təklif edərək fond bazarındakı investorlara planlaşdırlan 50 milyonluq istiqraza qarşı 75 milyon manatlıq istiqraz yerləşdirilib. Bu da o deməkdir ki, hazırda Maliyyə Nazirliyi qeyd edilən faizlə istiqraz cəlbində maraqlı tərəfdir. Hərracda 16 investor 38 sifariş verib.

Bir illik dövlət istiqrazlarının gəlirliyi ilin əvvəlində 6%-in altında idi. Son illərdə isə ən aşağı gəlirlilik 2022-ci ilin mayında qeydə alınıb və 3%-ə yaxın olmuşdu.

İstiqrazların buraxılışı üzrə məlumatlar aşağıdakı kimidir:

Emitent Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
Dövlət istiqrazının növü Diskontlu, qısamüddətli dövlət istiqrazları
Dövlət qeydiyyat nömrəsi – İSİN AZ0101060082
İstiqrazların tədavül müddəti 364  gün
Buraxılış həcmi 50,000,000 manat
Nominal dəyəri 100 manat
Minimal qiymət 90.9791 manat (9.9699%)
Maksimal qiymət 92.5875 manat (8.0500%)
Kəsmə qiyməti 92.3325 manat (8.3499%)
Ortaçəkili qiyməti 92.3954 manat (8.2758%)
Reallaşdırılmış həcmi 75,000,000 manat
Sifarişlərin Ümumi həcmi (nominal qiymətlə) 197,899,100 manat
İnvestor sayı 16
Sifarişlərin sayı 38
Ödəmə tarixi 01.07.2025
Anderrayter “PAŞA Kapital İŞ” QSC

 

Son xəbərlər
Digər xəbərlər