Azərbaycanda bir illik dövlət istiqrazlarının gəlirliliyi 2020-ci ilin mayından bu tərəfə ilk dəfə 9 faizi keçib.
Banker.az xəbər verir ki, 26 noyabr 2024-cü il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 364 gün olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Hərracda orta gəlirlilik 9.0272% təşkil edib.
Banker.az ötən dəfə bu məsələyə aydınlıq gətirərək səbəbi açıqlamışdı. Ətraflı.
İstiqrazların buraxılışı üzrə məlumatlar aşağıdakı kimidir:
| Emitent | Azərbaycan Respublikasının Maliyyə Nazirliyi |
| Dövlət istiqrazının növü | Diskontlu, qısamüddətli dövlət istiqrazları |
| Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ0101060116 |
| İstiqrazların tədavül müddəti | 364 gün |
| Buraxılış həcmi | 50,000,000 manat |
| Nominal dəyəri | 100 manat |
| Minimal qiymət | 90.9544 (9.9999%) manat |
| Maksimal qiymət | 92.2055 (8.4999%) manat |
| Kəsmə qiyməti | 91.3676 (9.5000%) manat |
| Ortaçəkili qiyməti | 91.7618 (9.0272%) manat |
| Reallaşdırılmış həcmi | 35,307,400 manat |
| Sifarişlərin Ümumi həcmi (nominal qiymətlə) | 41,347,900 manat |
| İnvestor sayı | 8 |
| Sifarişlərin sayı | 17 |
| Ödəmə tarixi | 25.11.2025 |
| Anderrayter | “PAŞA Kapital İŞ” QSC |







