26 may – 6 iyun 2022-ci il tarix aralıqlarında (emissiya prospektinə uyğun olaraq) Bakı Fond Birjasında Bank “BTB” ASC-nin tədavül müddəti 6 (altı) təqvim ili olan AZ2003009449 dövlət qeydiyyat nömrəli, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 2 milyon manat təşkil edib.
Bu barədə Banker.az-a BFB-dən bildirilir.
Hərrac zamanı 1 investor tərəfindən 1 sifariş təqdim edilmişdir.
İstiqrazların hərrac qiyməti 1 000 AZN müəyyən edilmişdir.
İstiqrazın illik faiz dərəcəsi 9%, faiz ödənişləri 30 təqvim günündən bir olmaqla investorlara ödənilir.
İstiqrazların ödəmə tarixi 26 may 2028-ci ildir.
Yerləşdirmə üzrə anderrayter “BTB Kapital İnvestisiya Şirkəti” QSC-dir.