14 C
Baku
Tuesday, May 14, 2024

Bir iş adamının banka iradı barədə əhvalat

Sən demə heç bir qanunda yazılmayıb ki, sənədlər hər hansı bir başqa material üzərində deyil, məhz kağız üzərində tərtib olunmalıdır. Sizə danışacağımız əhvalat da məhz bu hadisə ilə bağlıdır: bir iş adamının banka öz etirazını irəli sürməsi. Onların məhz nəyi bölüşdürə bilməməsi bu hekayədə o qədər də əhəmiyyət kəsb etmir. Ola bilsin ki, bu hansısa ədalətsiz komisyon haqları və ya hesabla bağlı ödəniş haqqı olub. Bunlar çox incə, hüquqi nüanslardır. Bizə məlum olanlar isə belədir:

İş adamı banka yaranmış konfliktin həlli üçün müraciət edəndə, məsuliyyətsiz bank əməkdaşları bəyan edib ki, “etirazınızı yazın, biz hələ onu 60 gün nəzərdən keçirəcək və sonra yenə də sizə yox deyəcəyik”. İş adamı ofisi tərk edib və son özü o, olub ki, “onda məndən yox, özünüzdən küsün”. Bankirlər nəzərə almayıb ki, həmin şəxs abidələrin, özüllərin və ya digər işlərdə lazım olacaq yonulmuş daşların çatdırılmasında monopoliyaya sahibdir. Bilmək istəyirsiniz, iş adamı öz iradını banka hansı formada təqdim edib?

Sakit bazar axşamında ağır yük maşınında “iradlar” şəhərə gətirilir. Qapalı bank ofisinin yanında “iradlar” ehmalca iki ağır kran vasitəsi ilə yerə boşaldılır və binanın girəcəyi önünə qoyulur. Səhər məlum olur ki, binanın girişinə boşaldılmış bu daş bank əməkdaşlarına ofisə daxil olmağa mane olur. Özü-özlüyündə bu irad çox təvazökar olsa da, hazırda çox qabarıq şəkildə özünü büruzə verirdi: boz qranitdən hazırlanmış, 12 ton çəkiyə malik ciddi plitə. Plitənin üzərində isə iş adamının banka olan irad məktubu öz əksini tapmışdır, bütün qayda və qanunlara uyğun şəkildə, hətta bankın irada cavab verməsi üçün müraciətçinin ünvanı da əks olunmuşdu.

Əlbəttə ki, ofissiz qalmış bank əməkdaşları polisə müraciət edir. Gələn polislər diqqətlə iradı araşdırır və bildirir ki, burda heç bir qanun pozuntusu yoxdur, əksinə bu vətəndaş hüquqlarının təzahürdür. Daha sonra onlar banka tövsiyə edirlər ki, iş adamı ilə bağlı yaranan problem ümumi hüquq müstəvisində, ədliyyə məhkəməsində həll edilsin, sonra onlar çıxıb gedir. İrad isə elə yerində qalır. Bank müstəqil şəkildə etirazı aradan qaldırmaq istəyir. Təəssüf ki, iş adamı həmin ərazi yaxınlığında bu iradı aradan qaldırmaq gücünə malik olan treylere və texnikaya sahib yeganə insan idi. Amma treyler olmadan iradı çıxarmaq mümkün görünmürdü.

Bankirlər traktor çağırır və iradı kəndirlə bağlayıb, heç olmasa binanın girəcəyindən çəkib, kənara salmaq istəyirdilər. Amma bu əməliyyatın həyata keçməsinə yaxından keçən polis işçiləri mane olur. Onlar aydınlıq gətirir ki, iradları yolun keçid hissəsinə tökmək olmaz. Yazıq bank işçiləri ofisə pəncərədən daxil olmaq məcburiyyətində qalırlar. Bir çox bank müştəriləri isə başqa bir banka getməyi üstün tuturdu.

Növbəti gün rayon məhkəməsinin hakimi bankın şikayətini dinləyərək, iş adamından öz etiraz ərizəsini ləğv etməyə tələb etməkdən imtina etdi. Bundan əlavə məlum oldu ki, bank bu iddianı qeyri kağız materialı üzərində yazılması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Əksinə bank onu arxivə qəbul etməli və müvafiq qaydada araşdırmalıdır. Nəticədə növbəti, yəni üçüncü gün bank tərəfindən işə cəlb edilmiş fəhlə qrupu əllərindəki çəkiclərlə iradı daşına biləcək səviyyəyə salmaq üçün hissələrə parçalamalı oldular.

Elə həmin gün iş adamı banka zəng edərək, nəzakətlə iddianın nəzərdən keçirilməsinin nəticəsi ilə maraqlandı. Deyilən vədləri eşidən iş adamı söz verdi ki əgər süründürməçilik olarsa, bu dəfə öz iddia ərizəsini üç səhifədə yazacaq. Məsələni bu yerə çatdırmaq istəməyən bank isə bütün komisyonları ləğv etdi.

Bu isə onu göstərir ki, konfliktlərin məhkəməsiz həlli olduqca effektivdir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər