9 C
Baku
Friday, December 13, 2024

Bir işçi üzrə orta aylıq əmək haqqı 726,4 manata çatıb

Cari ilin yanvar-iyun aylarında nəqliyyat müəssisələrində işləyən 75,6 min muzdlu işçinin 72,7 %-i dövlət müəssisələrində, 27,3 %-i özəl bölmədə çalışmışdır. İşçilərin 51,9 %-i yerüstü və boru kəməri, 12,5 %-i su, 15,7 %-i hava nəqliyyatı, 19,9 %-i isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrdə işləmişdir.

Banker.az Dövlət Statistika Komitesinə istinadən xəbər verir ki, 2013-cü ilin yanvar-iyun ayları ilə müqayisədə nəqliyyatçıların orta aylıq əmək haqqı 3,0 % artaraq 539,0 manat olmuş, bu göstərici hava nəqliyyatında 780,0 manat, dəniz nəqliyyatında 729,8 manat, avtomobil nəqliyyatında 462,0 manat, dəmir yolu nəqliyyatında isə 214,5 manat təşkil etmişdir.

Əmək haqqı metro nəqliyyatında 12,8 %, avtomobil nəqliyyatında 10,3 %, dəniz nəqliyyatında 2,7 %, dəmir yolu nəqliyyatında isə 3,6 % artmışdır.

İnformasiya və rabitə müəssisələrində işləyənlərin sayı 27,0 min nəfər, bir işçinin orta aylıq əmək haqqı isə 9,1 % artaraq 726,4 manat olmuşdur.

Son xəbərlər
Digər xəbərlər