13 C
Baku
Friday, November 22, 2024

Bir işçiyə ən çox əməkhaqqı ayıran banklar hansılardır? – SİYAHI

Banker.az hər il olduğu kimi, bu ildə Azərbaycan banklarının 2023-cü ildə işçilərə düşən orta aylıq əmək haqlarını hesablayıb.

İşçilərə düşən orta aylıq əməkhaqqı xərci dedikdə, əmək haqları, məvaciblər, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna ödənişlər, məzuniyyət və bülletenlər üzrə illik ödənişlər, mükafatlar Bankın işçiləri tərəfindən müvafiq xidmətlər göstərildikdə hesablanır. Bu bir növ həm də bankda personalın birinə düşən orta aylıq əməkhaqqını təxmin edilməsinə imkan verir.

Öncə sektorun ümumi göstəricilərinə nəzər salaq. Bank işçiləri 2023-cü ilin əvvəlində 22 777 nəfər olduğu halda, ilin sonuna bu rəqəm 23 569 nəfərə yüksəlmişdi.

Azərbaycandakı 22 bankdan ( xarici bankın filalı sayılmadan) 2023-cü ildə işçi heyətinə 883.2 milyon manatlıq xərc çəkmiş olublar.

İşi heyəti başına düşən ən yüksək əmək haqqı üzrə ilk sırada hər il olduğu kimi korporativ bank “PAŞA Bank” ASC-dir. Son hesablamalara əsasən, bank keçən il hər işçisinə ortalama 6 338 manat xərc çəkib. Bu göstərici ilə 2022-ci ili xeyli üstələmiş olur.

Siyahıda ikinci sıra 4 602 manat göstərici ilə “Yapı Kredi Bank” QSC-yə və üçüncü sıra isə 3 996 manatla ABB-dir.

Ən iri işçi heyətinə sahib “Kapital Bank” ASC-də orta aylıq əmək haqq xərci 3 203 manat olub.

3242343242323

Son xəbərlər
Digər xəbərlər