2020-ci ilin yanvar-aprel aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 133,7 saat təşkil etmişdir.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinad edir.
Məlumata görə, adambaşına düşən ən çox iş saatlarının payı olduğu sahələr su təchizatı, tullantıların təmizlənməsi və emalı; elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizat; informasiya və rabitə, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahələri üzrə çalışanların payına düşüb.
Maliyyə və sığorta sektoru 11-cu sıralamada adambaşına düşən aylıq 143,1 saat miqdarında olub. Bu da ortalama miqdardan yüksəkdir.