“Bir kredit – Bir Bank” məhsulu əslində kimə faydalıdır?

Yəqin ki, siz də Bank Respublikanın 10 000 AZN-dək krediti, arayışsız verməsi ilə bağlı “Bir kredit – Bir Bank” məhsulunun reklam elanlarını eşitmiş və ya lövhələrdə görmüsünüz. Amma belə bir ideal şərtlə banka müraciət edib, sonra imtina cavabı almazdan öncə bu məhsulun kimlər üçün nəzərdə tutulduğunu bilmək yaxşı olmazdımı? Doğrudanmı belə bir məbləğ arayışsız və əlavə sənədlərsiz verilir?

Əslində “Bir kredit – Bir Bank”” kredit məhsulu hazırda digər banklarda aktiv borcları olan müştərilər üçün nəzərdə tutulub. Yəni kredit sizin həmin borcları bağlamağınız  və bütün ödənişləri bir bankda cəmləşdirməyiniz üçün verilir.

Məsələn,  Sizin müxtəlif banklara, 30-32% və ya daha böyük faizlərlə borcunuz vardır. Ödəniş günləriniz də ayın fərqli tarixlərinə təsadüf edir , həm artıq pulunuz, həm də vaxtınız gedir.  Deyə bilərsiniz ki, “hazır verirəm kreditləri asta-asta, nəyə görə bir də yeni kredit götürüm, axı hər bir kreditin də əlavə xərcləri var”. Amma yanılırsınız. “Bir kredit – Bir Bank” kampaniyası ərzində kreditin rəsmiləşdirilməsi üçün əlavə xərciniz çıxmayacaq
Kreditin maksimal məbləği 10,000 AZN, müddəti isə 36 ay təşkil edir. 3000 AZN-dək kreditlər həmçinin  zaminsiz verilir. “Bir kredit – Bir Bank” krediti komissiyasız və illik 27% – lə verilir.

“Bir Kredit – Bir Bank” kreditini alarkən, müştərilər əlavə olaraq, kredit məbləğinin 20% limiti və güzəşt müddəti 45 gün olan hədiyyə kredit kartı əldə edir.
Bəs sizə kredit hansı məbləğdə veriləcək?

Nəzərə alın ki, banka yaxınlaşıb “Mənə 5000 AZN məbləğində kredit verin” deyə bilməycəksiniz. Çünki sizə veriləcək məbləğ, aktiv borclarınızın cəmindən artıq olmayacaq. Yəni Bank MKR-ə sorğu göndərəcək və ödənilməmiş borclarınızı cəmini müəyyən edəcək.
Vacib nüans: Krediti ala bilməyiniz üçün ən azı 6 ay müddətində müsbət kredit tarixçəniz olmalı və digər aktiv borclar üzrə gecikməniz olmamalıdır.

Sizdən şəxsiyyət vəsiqəsi ilə yanaşı, digər kreditlərin müqavilərlərini təqdim etməyiniz tələb olunacaq. Artıq bilirsiniz ki, məbləğ 3000-I ötdükdə zamin də tələb olunur.
Bəs nəyə görə arayışsız?

Məsələ ondadır ki, sizin adınıza aktiv kreditin olması onu göstərir ki, sizin ödənə qabiliyyətiniz artıq bir dəfə digər bank tərəfindən yoxlanılıb və sizə artıq etimad göstəriblər. Digər tərəfdən heç bir arayış sizin ödəmə qabiliyyətinizi 6 aylıq müsbət kredit tarixçəsi kimi gözəl əksə etdirə bilməz. Yəni o qədər yüksək gəlirli, lakin səhlənkar müştərilər var ki, əməkhaqqlarının yuxarı olmasına rəğmən ödənişləri vaxtında etmir.

Bank isə bu zaman sizin gecikmə etməyən və ödənişləri vaxtında edən bir müştəri oldğunuza amin olmaq istəyir və addımla bir növ digər bankın keyfiyyətli müştərisini özünə cəlb edir.
Əsas məqsəd sağlam və keyfiyyətli müştəri qrupu yaratmaqdır.

Yəni bu elanda heç də deyilmir ki, bank sizə yığılıb qalmış borclarınızı ödəmək üçün kredit verəcək.

Nəyi diqqətdən kənarda qoymaq olmaz?

Birdən ürəyinizdən keçər ki, bu krediti götürüb, borclarınızı verib, sonra yenə də özünüzə cib xərcliyi olsun deyə başqa banka kredit üçün müraciət edəsiniz.  Heç tövsiyə etməzdim.

Çünki Bank Respublika hər üç aydan bir MKR-ə təkrar sorğu göndərib, digər banklara müraciət edib- etmədiyinizi, yəni başqa kreditiniz olub-olmadığını  araşdıracaq və belə hal aşkar olunarsa, kreditin faizləri 27%-dən 36% dərəcəsinə yüksəldiləcək.

Sonda bütün sadalanan nüansları ölçün, əgər faizlər baxımından sizə sərf edərsə, ondan bütün kreditlərinizi vahid mərkəzdə birləşdirin.

Sonda sizə nümunə də təqdim etmək istərdik. Əgər 1000 AZN-i qeyd edilən şərtlərlə 12 aylıq götürsəniz, ödəniş cədvəliniz təxminən belə olacaq.

 № Ödənişin məbləği Əcac borcun ödənişi %-in ödənişi Kreditin qalığı
1 93.77 73.52 20.25 926.48
2 96.02 75.17 20.85 851.31
3 96.02 76.86 19.15 774.45
4 96.02 78.59 17.43 695.85
5 96.02 79.84 16.18 616.01
6 96.02 82.16 13.86 533.86
7 96.02 84.01 12.01 449.85
8 96.02 85.9 10.12 363.95
9 96.02 87.83 8.19 276.12
10 96.02 89.81 6.21 186.32
11 96.02 91.83 4.19 94.49
12 96.62 94.49 2.13 0
1000.01 150.57

Bu kreditin digər mühüm üstünlüyü kredit borclarını onlayn, bankın saytı, MobilBank və ya geniş bankomat şəbəkəsi vasitəsilə ödəmək imkanıdır.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.