8 C
Baku
Friday, March 29, 2024

Bir məhkəmənin 4 hakimi koronavirusa yoluxub

Azərbaycanda bir məhkəmənin 4 hakimində koronavirus aşkarlanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri – Siyavuş Hacıyev, İradə Həsənzadə, Rahib Salmanov və Novruz Kərimovun COVID-19-testinin cavabı pozitiv çıxıb.

S.Hacıyev “Yeni klinika”ya yerləşdirilib, digər hakimlər isə ev şəraitində müalicə olunurlar.

Bakı Ağır Cinayətlər Məhkəməsindən “Report”a faktı təsdiqləyiblər.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər