22 C
Baku
Friday, September 27, 2024

Bir milyard dollar qazanmış qadından 10 dərs

Sara Bleykli Spanx startapının əsasçısıdır. Öz biznesini qurmamışdan əvvəl o, faks satıcısı işləyirdi. 2000-ci ildə Sara topladığı 5000 dollar pulu qadınlar üçün daralma geyimlərinin inkişafına yatırır. Lakin Sara öz məhsulunun satışlarından milyon dollar qazanmamışa qədər işdən çıxmamışdı.

Beləliklə, sizə Sara Bleyklidən 10 dərs təqdim edirik:

1. Uğursuzluqlar böyük olmalıdırlar

Hər gün Saranın atası ondan soruşurdu: “Danış, bu gün sənin hansı işin alınmadı?”. Sara həmin gün uğursuzluq yaşamayanda, atası buna əsəbləşirdi. Böyük uğursuzluqlar yaşayaraq, Sara uğursuzluğun son nəticə deyil, əməyin yetərsiz olduğunu anlamağa kömək etdi.

2. Vizuallaşdırın

Sara əsas məqsədini təsvir etməyin və dəqiq addımların böyük pərəstişkarıdır. O, daim özünü Opranın şousunda təsəvvür edirdi. On beş ildən sonra isə Sara o şouya gedir. O, sadəcə olaraq bunun nə vaxtsa olacağını bilirdi. Sara öz beynində aydın şəkildə divanı, Opra Unifrini və onunla olan söhbətini görürdü. Daha sonra isə sadəcə olaraq bu puzzla çatışmayan tikələri qoymaq qalmışdı.

3. Öz kövrək ideyalarınızı ətrafdakılarla dərhal paylaşmayın.

Sara yeni prototipi hazırlamamışdan öncə qadınlar üçün olan yeni alt paltarları fikrini gizli saxlayırdı. Hər şey hazır olandan sonra o, dostları ilə görüşüb və öz işi haqqında onlara danışıb. Sara ideyaların çox kövrək və köməksiz olduğunu deyir. Hər şey hazır olana qədər gözləyin.

4. “Yox” cavabını son cavab kimi qəbul etməyin.

Sara öz ideyasının patentini qazanmaq və uğurlu obraz yaratmaq üçün bir çox istehsalçı və hüquqşünasla əlaqə saxlamışdı. Hər dəfə onlar Saradan onun kim olduğunu və arxasında kimin olduğunu soruşurdular. O, sadəcə Sara olduğunu deyəndə, ona “yox” cavabını verirdilər. Lakin bir istehsalçı “hə” cavabını verir.. Nəyə görə? Çünki həmin istehsalçı bu ideya haqqında öz qızlarına danışır, onların isə bu ideya həddindən artıq çox xoşlarına gəlir.

5. Sevdiyiniz və etibar etdiyiniz insanları işə götürün.

Sara öz məhsulunu inkişaf etdirməyə başlayır və məhsulunun PR- direktoru olaraq ona lap öncədən dəstək olan dostlarını seçir. Onun dostlarından heç biri işlədiyi sahəni bilmirdilər, lakin Sara onların öz rollarının öhdəsindən gələcəklərindən əmin idi. Və onlar bunu bacardılar.

6. Hər şeyi qayda ilə etmək mütləq deyil.

Sara öz məhsulunu bazarda inkişaf etdirmək məsələsinə o qədər dalmışdı ki, qarşısına çıxan problemləri qaydası ilə deyil, onlar əmələ gəldikcə həll edirdi. O, böyük pərakəndə şəbəkəsi NeimanMarcus sövdələşmə haqqında danışdıqdan sonra öz məhsulunun bir vacib detalının kütləvi istehsalının metodunu təşkil etmişdi. Sara Opra ilə öz ofisində görüş haqqında danışmışdı. Saranın isə hələ öz ofisi yox idi. Lakin hər şey yaxşı keçdi.

7. Siz hər bir sahədən baş çıxarda bilərsiniz.

Sizin buna bacarığınız yetər. Sara qadın at paltarları, patentlər, istehsal, marketinq və onlayn- satış haqqında tamamilə heç nə bimirdi. Lakin bu amillər onu dayandıra bilmədilər. O, ona lazım sualları öyrənirdi, ona bacara bilmədiyi işləri görmək üçün insanları işə götürürdü. Əgər siz düşünürsünüzsə sizin nəyinizə çatmır, öz fikrinizdən, məqsədinizdən imtina etməyin.

8. 5 min dollardan başlayaraq milyardlıq biznes qurmaq mümkündür.

Saranın bu işə başlayarkən yalnız 5 min dollar pulu var idi. Bu pula o, prototip yaratdı, istehsalçını seçdi, məhsuluna ad verdi, patent yaratdı və potensial alıcılar tapdı.

9. Əvvəlcədən işinizi genişləndirmək haqqında narahat olmağa dəyməz.

Sara ofisə, marketinqə və digər biznes xərclərə artıq pul sərf etməmək üçün öz mənzilində bütün işlərini idarə edirdi.

10. Öyrəşdiyiniz həyat tərzinin qanunlarını pozun.

Buzu sındırmaq yaxşıdır. Sara qadın alt paltarları haqqında düşünəndə və bu məhsul 50 il ərzində həddindən artıq çox yayıldıqdan sonra Sara çox təəcüblənmişdir. Bütün qadın alt paltarları standart ölçülərdə olurdular. Və onlar insanlar üzərində deyil, manekenlərin üzərində sınaq edilirdilər. Sara isə bu sahədə bir inqilab etdi.

Ən vacib məsləhət:

«Öz ideyanıza inanın. Öz instinktlərinizə güvənin, uğursuzluqdan qorxmayın. Mənim məhsulumun mağazalarda satılmasından və mənim ideyamın yaranmasından cəmi iki il ötmüşdü. «Yox» sözünü mən dəfələrlə eşitmişdim. Əgər siz 100% öz ideyanıza inanırsınızsa, sizi heç kəs dayandıra bilməz! Spanx-ın uğurunun əsas amili mənim uğursuzluqdan qorxmamağımdır».

Sara Bleyklinin tarixçəsi öz uğurunuza inandığınız zaman və öz işinizə əmək sərf etdiyiniz zaman hər şeyə nail ola biləcəyinizi göstərir.

Son xəbərlər
Digər xəbərlər