8 C
Baku
Thursday, December 12, 2024

Bir milyard şəxsin məlumatları 10 bitkoinə satılır

“ChinaDan” ləqəbli anonim haker “Breach Forums” forumunda 10 bitkoinə həcmi 23 TB-dən çox olan məlumatları satmaq təklifini yerləşdirib.

Hakerin sözlərinə görə, burada bir milyard Çin vətəndaşı haqqında məlumat var.

“ChinaDan” şəxsi məlumatları Şanxay Milli Polisinin məlumat bazasından əldə etdiyini iddia edib. Sızdırılan məlumatlarda Çin vətəndaşlarının adı, ünvanı, doğulduğu yer, pasport nömrələri, mobil telefon nömrəsi və cinayətləri ilə bağlı bütün təfərrüatlar var.

Məlumatların orijinal olub-olmadığı hələlik məlum deyil.

Çin hökuməti və Şanxay polisi məsələ ilə bağlı şərh verməyib.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər