27 C
Baku
Thursday, August 11, 2022

«Bir milyon imkanın əldən verilməsi bir dəfə yanmaqdan yaxşıdır» Nassim Talebin qaydaları

Maliyyəçi və «The black swan» kitabının müəllifi. «Gözlənilməzlik» əlaməti altında kredit, xeyriyyəçilik və risklərə olan münasibətindən danışdı.

İnsanlar iqtisadiyyata dair proqnozumun nə olduğunu soruşurlar, halbuki onlar portfelimdə nə olduğunu soruşmalıdırlar. Əgər nəticələrdən qorunmusunuzsa, gələcəkdə baş verə biləcək şeylər barədə yüksək səslə danışmayın. Fransız dilində həm portfel, həm cüzdan eyni məna daşıyır.

Mən həyatımda heç bir zaman qəpik borc almamışam. Mənim heç bir zaman kreditim olmayıb. Heçnə, nə ipoteka, nə kredit. Mənim pulum olmayanda mən kirayəyə götürmüşəm. Kreditə qarşı allerqiyam var, və bəli gizlətməyəcəm borcu olan insanları qınayıram. Romalıların fikri kimi məndə borcu olan insanların- azad insanlar olmadığı fikrinə qənaətlənirəm.

Mən avro, dollar və İngilis funtunda pul saxlayıram. Mənim pulumla nə etdiyim- şəxsi işimdir. Mənim kitabımda pullarını xeyriyyəyə verdiyini söyləyən insanlar – tabudur. Heç kəs xeyriyyə hərəkatı barədə ictimaiyyətə danışmamalıdır.

Bir dəfə yanmaqdansa milyonlarla imkanı əldən vermək daha yaxşıdır. Mən bu barədə New York bankında  mənim ilk işimdə veteran- treyderlərdən öyrəndim. Çox insan qeyri-müəyyənliklə necə başa çıxacağını bilmir . Onlar kiçik risklərdən qaçırlar və bunu bilmədən, daha böyük riskə əl atırlar. Ardıcıl müvəffəqiyyətə çatan sahibkarlar qarşılıqlı münasibətə malikdirlər: istədiyiniz bütün səhvləri edin, yalnız sabah yaxşı olacağınıza əmin olun.

Danışıqlara enerji sərf etməyin, işin sonunda sıfırların çox olduğu halları istisna olmaqla. Kiçik oyunlarda uduza bilərsiniz , amma böyük oyunlar üçün səylərinizi davam etdirməlisiniz.

Əğər siz səhvinizin nəticəsini ödəyirsinizsə -səhv olmağın heç bir pis tərəfi yoxdur. Avtomobil satıcıları çox inandırıcı danışırlar, nəticədə onlar uduşda olurlar, baxmayaraq ki onların məsləhətləri kimlərəsə ziyan vurur.  Pis niyyətli insan-səhv edən insan deyil, səhvlərindən qaçandır.

Dünyada əlli, hətta iyirmi ildən artıqdır ki, şəxsi marağın hiss edilməsi daha azdır. Çox insan ətrafdaki insanların taleyini heç bir nəticə olmadan dəyişirlər. Şəxsi maraq şəxsi risk deməkdir. Bu, hər hansı bir sahədə qərar qəbul edən insanların heç vaxt bu qərarların nəticələrindən təcrid olunmaması deməkdir- nöqtə.  Bir vertolyot təmir edirsinizsə, bir vertolyotun pilotu olmasınız. İraqı işğal etməyə qərar vermisinizsə, buna səs verən insanların Silahlı Qüvvələrdə övladları olmalıdır. Əgər iqtisadi qərarlar qəbul edirsinizsə, səhv edəcəyinizdə itirəcəyinizidə bilməlisiniz.

Amerikalıların 98%i-nin- santexniklərin, diş həkimlərinin belə şəxsi maraqları var. Biz geridə qalan 2% üçün- şəxsi marağı olmayan və digərlərinin həyatını məhv edən ziyalılar və siyasətçilər haqqında narahat olmalıyıq. 30 il əvvəl Fransanın Milli Assambleyasına gündəlik işlərlə məşğul olan biznesmenlər, fermerlər, həkimlər, baytar həkimləri və kiçik şəhərlərin hüquqşünasları daxil idilər. Bu  gün isə o,  tamamilə peşəkar siyasətçilərdən- real həyatdan uzaq olan insanlardan ibarətdir. Amerikada vəziyyət bir az daha yaxşıdır, amma sonu eyni vəziyyətə aparır.

Pulnan xoşbəxlik almaq olmaz, amma pulsuzluq bədbəxlik gətirə bilər. Peşakarlıqla məşğul olmaqdan fərqli olaraq pulnan azadlıq ala bilərsiniz- intellektual azadlıq, seçki azadlığı. Amma pul böyük intizam tələb edir. Əlavə bir qəpik qazandığınız anda yenidən azadlığınızı itirirsiniz. Pul- narahatlığınızın səbəbidirsə,deməli həyatınızı yenidən qurmalısınız.

Nə vaxtsa pul xərclədiyim ən yaxşı şey-kitablardır. Ən axmaq bir şeyə xərclədiyim pul? Kitablardır. Əlavə olaraq, insanların sosial vəziyyətini yaxşılaşdırmaq üçün pul sərf etdiklərini başa düşmürəm.

Əğər mənə heç kim əmək haqqı ödəmirsə, o zaman mən özümü heç bir şəkildə müəyyən etməməliyəm. Mən özümü filosof və ya intellektiv adlandırmaq üçün təkəbbürlü hesab edirəm, buna görə də özümü flaner adlandırıram və bütün qürurlardan imtina edirəm. Catonun bir dəfə dediyi kimi, nəyə görə abidənin qoyulduğu yox nə üçün abidə qoyulmadığının soruşulması daha yaxşıdır.

Son xəbərlər
Oxşar xəbərlər