8 C
Baku
Thursday, December 12, 2024

Bir mövsümdə €1 mlrd. qazanan ilk futbol klubu: “Barselona” bunu necə bacarıb?

2019-cu ildə dünyanın ən gəlirli idman komandaları sırasında “Barselona” klubu birinci yer tutub və artıq 2020-ci ildə gəliri 1 milyard avrodan çox olan ilk idman klubu olmağı planlaşdırır. 

Oktyabrın əvvəlində “Barselona” 2018/19 mövsümünün maliyyə hesabını dərc etdi və məlum oldu ki, il ərzində “Barsa” ümumilikdə 990 milyon avro qazanıb. Qeyd edək ki, futbol komandasının əvvəlki rekordu 914 milyon avro təşkil edib. “Barselona” nın əbədi rəqibi olan “Real Madrid” in gəliri isə 2018/19 mövsümündə ötən il ilə müqayisədə 58,5 milyon avro çox olub. Forbes jurnalının qiymətləndirmələrinə görə, dünyanın ən bahalı idman klubu “Dallas Kovboyları” dır, lakin buna baxmayaraq bu il komanda cəmi 950 milyon dollar (865 milyon avro) qazanıb. Görünür, “Barselona” 1 milyard avro gəlir əldə edən idman komandaları arasında birincidir. 

“Barselona” necə qazanır

“Barselona” nın gəlirinin üçdə bir hissəsi kommersiyanın payına düşür – sponsorluq, reklam və lisenziya müqavilələri: 2018/2019 mövsümündə klubun kommersiyadan əldə etdiyi gəlir 325 milyon avro təşkil edib ki, bu da ötən ilki göstəricilərlə müqayisədə 62 milyon avro çoxdur. Komandanın əsas sponsorları Nike (174 milyon avro), Yaponiyanın e-commerce Rakuten (55 milyon avro) və Türkiyənin Beko şirkətidir. Audi, Gillette Lassa brendlərinin yatırımı 15 milyon avrodur. 

“Barselona” sponsorlara təkcə idman sahəsində əldə etdiyi uğurlarına görə deyil (son 10 ildə komanda üç dəfə Çempionlar Liqasında və 8 dəfə İspaniya çempionatlarında qalib gəlib), eyni zamanda mediada güclü fəaliyyəti ilə cəlbedici gəlir. Belə ki, “Barselona” nı Instagram şəbəkəsində 78 milyon insan izləyir – bu göstəriciyə görə klub yalnız “Real Madrid” dən geri qalır (klublar arasında cəmi 1 milyon nəfər fərq var). Sosial şəbəkələrdə “Barselona” ya tələbat olduqca çoxdur: rəsmi paylaşımlar 1 milyarddan çox bəyənmə, rəy və repost yığır. Bununla yanaşı, klub offlayn rejimində də özünü tanıtmağı unutmur. Belə ki, 2016-cı ildə “Barselona” Nyu-Yorkda inkişaf üzrə ofisini açdı, bununla yanaşı bütün dünyada, o cümlədən Moskvada 50-dən çox futbol akademiyası açılıb. 

“Barselona” nın kommersiya gəlirlərinə təsir göstərən amillərdən biri də biznesin yenidən qurulması olmuşdur. 2018-ci ildə klubda yeni bölmə –  merçeydayzinq hüquqlarına cavabdeh olan Barça Licensing and Merchandising yaradılmışdır. Bundan əvvəlki 16 il ərzində bu işlə Nike-ın törəmə şirkəti FCBMerchandising məşğul olurdu. Lakin “Barsa” gəlirləri üzərindəki nəzarətin əhəmiyyətli hissəsini öz əlinə almağı və bununla da gəlirliliyi artırmağı qərara aldı. Klubun media hüquqlarından əldə etdiyi gəlir artıb. 2018/19 mövsümündə “Barselona” bundan 298 milyon avro aldı (ötən mövsümdə bu rəqəm 223 milyon avro təşkil etmişdir). İlk növbədə, idman komandasının Çempionlar Liqasındakı uğurlu çıxışını qeyd etmək lazımdır, hansıki ona 92 milyon avro gəlir gətirmişdir. Daha 212 milyon avro bilet satışından əldə edilib. 

“Barselona” qazancını necə artıracaq

“Barselona” idman klubları arasında gəlirin səviyyəsinə görə lider olsa da, Forbes jurnalının verdiyi məlumata əsasən, 2019-cu ildə ən varlı komandalar sıralamasında o 4-cü yer tutur (4,02 milyard dollar dəyərində qiymətləndirilib). Qeyd edildiyi kimi, “Barsa” nın əsas problemi demək olar ki, gəlirlərinə bərabər olan xərclərdir. 2018/19 mövsümündə klub ümumilikdə 973 milyon avro xərcləyib və son 5 ildə xərclərin təxminən 1,7 dəfə artması müşahidə olunub (581 milyon avro). 

2019/20 mövsümü üçün xalis gəlirin 11 milyon avroya qədər artması, xərclərin isə azalması gözlənilir (29 milyon avro qənaət). Bundan əlavə, “Barselona” üç sponsorunu itirsə də, İspaniyanın Cupra avtomobil brendi ilə uzunmüddətli müqavilə bağlayıb. Bu müqavilə “Barsa” nın ayrılan şirkətlərdən aldığı gəlirlərini ikiqat artırmalıdır. 

Bütün bunlara baxmayaraq, yeni xərclərdən qacınmaz mümkün olmayacaq. Belə ki, 2022-ci ilə qədər “Kamp Nou” stadionunda rekonstruksiya işlərinin aparılması planlaşdırılır (stadionun tutumu 99 354 nəfərdən 105 000 nəfərə kimi artırılacaq). İndi “Barselona” rəhbərliyi bu layihə üçün 600 milyon avro axtarır və təmir xərclərinə artıq 73 milyon avro sərmayə qoyub. Buna baxmayaraq, işlərin sona çatması müddəti 2024-cü ilə qədər uzadılıb. 

Əslində, “Kamp Nou” stadionunun rekonstruksiyasının maliyyələşdirilməsi məsələsini stadionun neyminq hüququnu satmaqla həll etmək olardı. Bu cür əməkdaşlığa Grifols (əczaçılıq) və Mediapro (media qrupu) şirkətləri maraq göstəriblər, lakin söhbət böyük məbləğdən gedir (300-400 milyon avro) və hazırda bu barədə heç bir razılıq əldə edilməyib. 




Son xəbərlər
Digər xəbərlər