2021-ci ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 3.2 milyard manatlıq, o cümlədən 1.7 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 1.5 milyard manatlıq qeyri-ərzaq malları satılmışdır. 2020-ci ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1.4 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 4.8 faiz azalmış, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 1.8 faiz artmışdır.
2021-ci ilin yanvar ayında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 52.8 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 15.7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5.4 faizi avtomobil benzini və dizel yanacağının, 5.1 faizi elektrik malları və mebellərin, 2.2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0.7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18.1 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.
Hesabat ayında istehlak məhsullarının dəyər ifadəsində 26.9 faizi ticarət müəssisələri, 49.8 faizi fərdi sahibkarlar tərəfindən, 23.3 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2020-ci ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 12.2 faiz artmış, fərdi sahibkarlar üzrə 0.1 faiz, bazar və yarmarkalarda 15.7 faiz azalmışdır.
2021-ci ilin yanvar ayında ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla 316.3 manatlıq, o cümlədən 166.9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 149.4 manatlıq qeyri-ərzaq malları almışdır.