27 C
Baku
Tuesday, July 23, 2024

Bir neçə ölkə Rusiya ilə sərhəddə nəzarəti gücləndirəcək

Rusiya ilə sərhəddə nəzarət gücləndiriləcək.

Bu barədə Finlandiya Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat verilib.

Latviya, Litva, Norveç, Polşa, Finlandiya, İsveç və Estoniyanın gömrük orqanları tərəfindən nəzarət gücləndiriləcək.

Bu barədə Helsinki görüşündən sonra əldə olunmuş razılıqda bildirilir.

“Üç günlük müzakirələr sanksiyaların tətbiqi, icazələrin verilməsi (məsələn, ixrac lisenziyaları, maliyyə sanksiyaları üçün icazələr) və sərhədyanı dövlətlərin gömrük rəsmilərinin əlaqələndirilməsinə cavabdeh olan milli səlahiyyətli orqanları bir araya gətirdi. Nümayəndələr Rusiyanın qarşısının alınmasına yönəlmiş tədbirlərin gücləndirilməsi yollarını müzakirə etdilər”, – deyə bəyanatda bildirilir.

Bu günə kimi 10 sanksiya paketi artıq qəbul edilib. Mayın 5-də Rusiyaya qarşı qarşıdan gələn 11-ci sanksiyalar paketi təsdiq olunmaq üçün Aİ ölkələrinə təqdim edilib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər