8 C
Baku
Monday, November 18, 2024

Bir neçə birinci instansiya məhkəməsinə hakimlər təyin edildi – SƏRƏNCAM

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alıram:

1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü və 96-cı maddələrinə uyğun olaraq, hakim vəzifəsinə aşağıdakı namizədlər birinci instansiya məhkəmələrinin hakimləri təyin edilsinlər:

ağır cinayətlər məhkəmələri üzrə:

Lənkəran Ağır Cinayətlər Məhkəməsi

  • Məmmədova Esmira Qərib qızı

Şəki Ağır Cinayətlər Məhkəməsi

  • Əfəndizadə Tural Qurbanəli oğlu
inzibati məhkəmələr üzrə:

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi

  • Əliyev Tural Yusif oğlu

Gəncə İnzibati Məhkəməsi

  • Əliyeva Leyla Kamil qızı

Sumqayıt İnzibati Məhkəməsi

  • Həbibova Könül Əbülfəz qızı

Şirvan İnzibati Məhkəməsi

  • Qurbanova Pərvanə Tahir qızı

kommersiya məhkəmələri üzrə:

Gəncə Kommersiya Məhkəməsi

  • Qələndərzadə Ramiq Ramis oğlu

Sumqayıt Kommersiya Məhkəməsi

  • Həmidli Fərman Fəzail oğlu

hərbi məhkəmələr üzrə:

Gəncə Hərbi Məhkəməsi

  • Bəşirov Cəmil İsmayıl oğlu
  • Quliyev Tariyel Şirindil oğlu

Bakı şəhərinin rayon məhkəmələri üzrə:

  • Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi
  • Məmmədov Pərviz Şahin oğlu

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi

  • Musayeva Vüsalə Vahid qızı

Bakı şəhəri Nizami Rayon Məhkəməsi

  • Əliyeva Starə Vidadil qızı

Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi

  • Muradov Pərviz Namiq oğlu
  • Rzayeva Fəridə İslam qızı

rayon (şəhər) məhkəmələri üzrə:

Abşeron Rayon Məhkəməsi

  • Qasımov Abusət Sahib oğlu
  • Mirhəsənli Mirnəsir Mirfazil oğlu

Ağdaş Rayon Məhkəməsi

  • Mürsəlova Aygün Mayıl qızı

Füzuli Rayon Məhkəməsi

  • İsmayılov Elmir Akif oğlu

Gəncə Şəhər Məhkəməsi

  • Xanməmmədova Liza Əliəşrəf qızı

Göyçay Rayon Məhkəməsi

  • Qurbanova Gülnaz İntiqam qızı

Hacıqabul Rayon Məhkəməsi

  • Bayramov Orxan Telman oğlu

Xaçmaz Rayon Məhkəməsi

  • Abiyeva Nərmin Mirhəsən qızı
  • Əliyeva Aynur Məhəmməd qızı

Mingəçevir Şəhər Məhkəməsi

  • Quliyeva Güləndam Gündüz qızı

Salyan Rayon Məhkəməsi

  • Əliyeva Vəsilə Əlövsət qızı

Sumqayıt Şəhər Məhkəməsi

  • İsmayılov Samir Bəyistan oğlu
  • Şirəliyeva Vəfa Zavrulla qızı

Şabran Rayon Məhkəməsi

  • Mirzəfərova Könül Murtuz qızı

Şəki Rayon Məhkəməsi

  • Musayev Kamran İbrahim oğlu

Şirvan Şəhər Məhkəməsi

  • Məmmədli Aydan Zakir qızı

Ucar Rayon Məhkəməsi

  • Bədəlov Xəyal Natiq oğlu.

2. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq aşağıdakı hakimlərin vəzifələri dəyişdirilsin:

Aytən Heydər qızı Əliyeva Bakı Kommersiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilsin;

Kamran Nüsrət oğlu Muxtarov Gəncə Hərbi Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilsin;

Elnur Aləm oğlu Nuriyev Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilsin;

Anar Böyükkişi oğlu Sadıqov Xaçmaz Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilsin;

Azər Heydər oğlu Tağıyev Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilsin;

Nurəddin Nizami oğlu Hüseynli Gəncə Hərbi Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilsin;

Elçin Qüdrət oğlu Məmmədov Sumqayıt Şəhər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilsin;

Nahid Namiq oğlu Mirzəyev Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilsin;

Kənan Zakir oğlu Hüseynov Gəncə Şəhər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Kommersiya Məhkəməsinin hakimi təyin edilsin;

Fikrət Hüseyn oğlu Əliyev Sumqayıt Şəhər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Hərbi Məhkəməsinin hakimi təyin edilsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 oktyabr 2023-cü il

Son xəbərlər
Digər xəbərlər