Kartlara mədaxil əməliyyatları üzrə müəyyən edilən limitlər hər bir ödəniş alətinə ayrıca tətbiq olunur.
Bu barədə Azərbaycan Banklar Assosiasiyasından bildirilib.
Qeyd olunub ki, müəyyən edilmiş limitlər bütün banklar və elektron pul təşkilatları tərəfindən tətbiq edilir. Həm bankdaxili, həm də banklararası əməliyyatlar zamanı müvafiq limitlər nəzərə alınmalıdır.
Assosiasiyadan verilən məlumata görə, hər bir bank öz müştərisini əvvəlki qaydada fərdi şəkildə qiymətləndirir.
Eyni zamanda vurğulanıb ki, sözügedən limitlər ancaq ödəniş alətinə mədaxil əməliyyatlarına şamil olunur.







