5 C
Baku
Saturday, December 14, 2024

Bir neçə gəliri olan işçinin gəlirlərindən vergi hansı qaydada tutulmalıdır?

Həm işəgötürənlər, həm də işçilər arasında ciddi maraq doğuran, bəzən mübahisələrə səbəb olan bu suala əmək qanunvericiliyi eksperti Nüsrət Xəlilov aydınlıq gətirir.

Banker.az bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məsələn, döv­lət sek­to­ru­na aid mü­əs­si­sə­də ça­lı­şan Və­tən Mü­ha­ri­bə­si Qəh­rə­ma­nı­nın ta­rif maa­şı 1.340 ma­nat­dır. Bu iş­çi­yə ay ər­zin­də müəs­si­sənin öz is­teh­salı olan 1.150 ma­natlıq ba­zar də­yə­rində elekt­ro­ni­ka məh­su­lu 770 ma­na­ta satılıb. İş­çi­nin mü­ra­ciə­ti əsasında mü­əs­si­sə­yə olan 1.000 ma­nat­lıq bor­cu da ba­ğış­la­nıl­ıb. Bu hal­da iş­çi­nin muzd­lu iş­dən gə­li­ri və ver­gi tutulma­lı gə­li­ri nə qə­dər ola­caq?

Vergi Məcəlləsinin 98-ci maddəsinə əsasən, fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar əldə edilən gəlirə əməkhaqqı, işdən aldığı hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən aldığı gəlir aid edilir.

Göründüyü kimi, ta­rif maa­şı iş­çi­nin muzd­lu iş­dən ver­gi­yə cəlb edi­lən gə­li­ridir.

Ver­gi Mə­cəl­lə­si­nin 98.2-ci maddəsinə əsa­sən, 98.1-ci mad­də­­nin (muzd­lu iş­dən gə­lir) məqsəd­lə­ri üçün gə­li­rin məb­lə­ği aşa­ğı­da gös­tə­ri­lən məb­ləğ­dən iş­çi­nin əl­də et­di­yi gə­li­rə gö­rə ödə­di­yi hər han­sı xərc çı­xıl­dıq­dan son­ra qa­lan məb­lə­ğə bə­ra­bər­dir.

Ver­gi Mə­cəl­lə­si­nin 98.2.4-cü mad­də­si­ndə isə göstərilir ki, iş­çi­nin işəgö­tü­rə­nə olan bor­cu­nun və ya öh­də­li­yi­nin ba­ğış­la­nıl­dı­ğı hal­da – hə­min bor­cun və ya öhdəliyin məb­lə­ği fi­zi­ki şəxs tə­rə­fin­dən muzd­lu iş­lə əla­qə­dar alı­nan gə­lir ki­mi qəbul edi­lir və gə­lir ver­gi­si­nə cəlb olu­nur. Bu ba­xım­dan, bor­ca gö­rə ba­ğış­la­nıl­mış 1.000 ma­nat iş­çi­nin muzd­lu iş­dən gə­li­ri he­sab olu­na­caq­.

Ver­gi Mə­cəl­lə­si­nin 98.2.2-ci mad­də­si­nə əsa­sən, işə­gö­tü­rə­nin öz işçi­si­nə ma­lı, işi və ya xid­mə­ti təq­dim et­di­yi, ya­xud hə­diy­yə ver­di­yi hal­da – bu cür mal­la­rın, iş­lə­rin və xid­mət­lə­rin ba­zar qiy­mə­ti ilə də­yə­ri də fi­zi­ki şəxs tə­rə­fin­dən muzd­lu iş­lə əla­qə­dar alı­nan gə­lir ki­mi qə­bul edi­lir və gə­lir ver­gi­si­nə cəlb olu­nur.

Qeyd edi­lən­lə­ri nə­zə­rə ala­raq şəx­sin ay ər­zin­də muzd­lu iş­dən ay­lıq gə­li­ri aşa­ğı­da­kı şə­kil­də ola­caq:

– ay­lıq ta­rif maa­şı – 1.340 manat;

– ba­ğış­la­nıl­mış bor­cun də­yə­ri – 1.000 manat;

– elekt­ro­ni­ka məh­su­lu­nun də­yə­ri – 1.150-770 = 380 manat;

– cə­mi ay­lıq gə­lir – 1.340 + 1.000 + 380 = 2.720 manat.

Ver­gi Mə­cəl­lə­si­nin 102.2.1-ci mad­də­si­nə əsa­sən, Və­tən Mü­ha­ri­bə­si Qəhrəmanlarının muzd­lu iş­dən ver­gi tu­tul­ma­lı olan ay­lıq gə­li­ri 400 ma­nat məbləğin­də azal­dı­lır.

Ver­gi Mə­cəl­lə­si­nin 102.1.6-cı mad­də­si­ndə isə göstərilir ki, fi­zi­ki şəx­sin əsas iş ye­rin­də muzd­lu iş­lə əla­qə­dar əl­də edi­lən ay­lıq gə­li­ri 2.500 ma­na­ta­dək ol­duq­da vergiyə cəlb olunan gəliri 200 ma­nat azal­dı­lır. Baxdığımız nümunədə iş­çi­nin muzd­lu iş­lə əla­qə­dar ay­lıq gəli­ri 2.500 ma­nat­dan yu­xa­rı ol­du­ğu üçün bu gü­zəşt ona tət­biq edil­mə­yə­cək­.

Şəx­sin gə­li­ri­ 2.720 ma­nat ol­sa da, onun ay­lıq gə­li­ridən 400 manat çıxıldıqdan sonra qalan məbləğ 14 fa­iz də­rə­cə ilə gə­lir ver­gi­si­nə cəlb olu­na­caq. Çün­ki Və­tən Mü­ha­ri­bə­si Qəh­rə­ma­nı ol­du­ğu üçün ver­gi tu­tul­ma­lı məb­lə­ğin 400 ma­na­tı azal­dı­lır və ver­gi tu­tul­ma­lı ay­lıq gə­li­ri 2.500 ma­nat­dan aşa­ğı olduğu üçün 14 fa­iz də­rə­cə ilə gə­lir ver­gi­si­nə cəlb edilir:

27.20 – 400 = 2.320 manat;

2.320 x 14% = 324,8 manat (vergi məbləği).

Son xəbərlər
Digər xəbərlər