8 C
Baku
Thursday, February 19, 2026

Bir neçə ölkə Qəzzaya qoşun göndərməyə hazır olduğunu bildirib

İndoneziya, Mərakeş, Albaniya, Qazaxıstan sabitləşdirmə qüvvələrinin tərkibində Qəzza zolağına qoşun göndərməyə hazır olduğunu bildirib.

Bunu ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda Sülh Şurasının ilk iclasında bəyan edib.

“Burada təmsil olunan ölkələr, sadəcə pul yatırmır. Bəziləri atəşkəsin qorunmasına və çox möhkəm sülhün təmin edilməsinə kömək etmək üçün heyət də təqdim etməyi vəd edir”, – o bildirib.

Tramp öz çıxışında Fələstin anklavında sülh və sabitliyin bərqərar edilməsi çərçivəsində hər cür yardım göstərməyə hazır olduqlarına görə İndoneziya və Mərakeşə təşəkkür edib.

“Bizdə möhkəm sülh olmalıdır. Xüsusilə İndoneziya, sizə çox təşəkkür edirəm. İndoneziya böyük bir ölkədir. Sizə çox təşəkkür edirəm.

Mərakeşə təşəkkür edirəm. Əla. Sizin etdiyiniz əladır. Albaniya, Qazaxıstan da Qəzzanın sabitləşdirilməsi üçün qoşun və polis ayırdı. Misir və İordaniya da çox, çox əhəmiyyətli yardım göstərir. Biz düşünürük ki, bu polis qüvvələrinə çox yaxşı insanlar götürülür”, – Tramp yekunlaşdırıb.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər