10 C
Baku
Wednesday, December 11, 2024

Bir neçə Vyetnam bankı “Mir” kartlarını qəbul etməyə başlayıb

Bir neçə Vyetnam bankı Rusiyanın “Mir” ödəniş sisteminin kartlarını qəbul etməyə başlayıb, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin üçüncü Asiya departamentinin direktoru Nikolay Nozdrev bildirib.

Onun sözlərinə görə, “Mir” Taylanddakı “çox böyük supermarket şəbəkələrindən birində” də qəbul edilir.

Nozdrev əlavə edib ki, uzunmüddətli perspektivdə Cənub-Şərqi Asiya ölkələrində Rusiya sisteminin kartlarından istifadənin genişləndirilməsi planlaşdırılır.

Qeyd edək ki, “Mir” kartları Belarus, Abxaziya, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Cənubi Koreya və Cənubi Osetiyada qəbul edilir.

Son xəbərlər
Digər xəbərlər