XX əsrin əvvəllərində bir şotlandiyalı fermer öz evinə qayıdırdı və bataqlığın yanından keçirdi. Birdən o köməyə səsləyən birinin səsini eşitdi. Fermer köməyə tələsdi və bataqlıqda batmaq üzrə olan bir oğlan gördü. Oğlan dəhşətlibataqlığın cəngindən çıxmağa çalışırdı, lakin onun hər hərəkəti onu daha da dibə doğru çəkirdi. Oğlan qorxu və həyəcandan qışqırırdı. Fermer cəld ağacın qalın bir budağını qopararaq yavaşca onu batan oğlana uzatdı və oğlan bunun sayəsində təhlükəsiz bir yerə çıxa bildi. Onu uzun müddət titrətmə tutdu və göz yaşlarını saxlaya bilmirdi. Lakin əsas o idi ki, o xilas olmuşdu.
Fermer oğlana təklif etdi: – Gedək mənim evimə, sən sakitləşməli, paltarlarını qurutmalı və qızınmalısan.
Lakin oğlan etiraz etdi: – Yox, yox, atam məni gözləyir. Yəqin ki, indi o çox narahatdır.
Oğlan öz xilaskarının gözlərinə minnətdarlıqla baxaraq qaçıb getdi…
Səhər fermer çox dəbdbəli bir karetanın onun evinə yaxınlaşdığını gördü. Çox zəngin bir tərzdə geyinmiş bir centlmen karetadan düşdü və soruşdu:
—Dünən mənim oğlumun həyatını siz xilas etmisiniz?
— Fermer “bəli” deyə cavab verdi.
— Mən sizə nə qədər borcluyam?
— Cənab, xətrimə dəyməyin. Siz mənə heç nə borclu deyilsiniz, mən hər bir adi insanın etməli olduğunu etdim.
—Xeyr, mən hər şeyi belə qoya bilmərəm, çünki mənim oğlumun həyatı çox bahalıdır. İstədiyiniz məbləği deyin – deyə gələn cənab təkid etdi.
— Mənim bu mövzu ilə bağlı deyəcək artıq bir sözüm yoxdur. Salamat qalın. – deyərək fermer getmək üçün çöndü. Bu zaman fermerin azyaşlı oğlu eyvana çıxdı.
—Bu sizin oğlunuzudur? – varlı cənab soruşdu.
— Bəli – fermer oğlunun başını qürurla sığallayaraq cavab verdi.
Varlı cənab fermerə belə bir təklif etdi:
– Gəlin belə edək. Mən sizin oğlunuzu özümlə Londona aparım və onun təhsili ilə bağlı bütün xərcləri ödəyim. Əgər oğlunuz da sizin kimi ləyaqətli bir insandırsa onda nə siz, nə də mən bu qərardan peşmançılıq hissi keçirməyəcəyik.
Bir neçə il keçdi. Fermerin oğlu ilk növbədə məktəbi, daha sonra universiteti bitirdi. Tezliklə onun adı bütün dünyada penisilini kəşf edən ilk şəxs olaraq məşhurluq qazandı. Onun adı Aleksandr Flemminq idi. Müharibə zamanı Londonun ən varlı klinikalarından birinə həmin varlı centlmenin oğlu ağır dərəcəli sətəlcəm ilə daxil olur. Necə bilirsiz, bu dəfə onun həyatını nə xilas etdi? – Bəli, Aleksandr Fleminq tərəfindən kəşf edilən penisilin.
Flemminqə yüksək təhsil almaq imkanı verən carlı şəxsin adı Randolf Çörçill idi. Onun daha sonralar İngiltərənin baş naziri olan oğlunun adı isə Uinston Çörçill idi. Uinston Çörçill bir dəfə belə demişdi: “Sən tərəfindən edilən yaxşılıq elə sənin özünə qayıdacaq”.