5 C
Baku
Monday, December 30, 2024

Bir ölkə sakininin orta aylıq alışı 346 manat olub

2022-ci ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 7,0
milyard manatlıq, o cümlədən 3,9 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün
məmulatları, 3,1 milyard manatlıq qeyri-ərzaq malları satılmışdır. 2021-ci ilin yanvar-fevral
ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,0 faiz, o cümlədən ərzaq
məhsulları, içkilər və tütün məmulatları üzrə 2,6 faiz, qeyri-ərzaq malları üzrə 3,5 faiz artıb.

2022-ci ilin yanvar-fevral aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara
xərclədiyi vəsaitin 49,4 faizi ərzaq məhsullarının, 6,0 faizi içkilər və tütün məmulatlarının, 15,5 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,2 faizi avtomobil benzini və dizel
yanacağının, 4,9 faizi elektrik malları və mebellərin, 2,5 faizi əczaçılıq məhsulları və tibbi
ləvazimatların, 1,2 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının,
15,3 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Hesabat dövründə qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış
malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,2 faiz artaraq ümumi
pərakəndə ticarət dövriyyəsinin 99,7 faizini təşkil edib.

2021-ci ilin yanvar-fevral ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə
müəssisələr üzrə 12,2 faiz artmış, fərdi sahibkarlar üzrə 0,4 faiz, bazar və yarmarkalarda 0,1 faiz azalıb.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda
346,2 manatlıq, o cümlədən 191,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları,
154,3 manatlıq qeyri-ərzaq malları alıb.

Son xəbərlər
Digər xəbərlər