5 C
Baku
Saturday, December 14, 2024

Bir ölkə sakini orta hesabla ayda 347 manatlıq məhsullar alıb

2022-ci ilin yanvar-aprel aylarında qeyri-dövlət sektorunun təsərrüfat subyektləri
tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,1 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7 faizini təşkil edib.

Banker.az DSK-ya istinadən xəbər verir ki, 2021-ci ilin yanvar-aprel ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 7,9 faiz, bazar və yarmarkalarda 4.9 faiz artmış, fərdi sahibkarlar üzrə isə 0.6 faiz azalıb.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda
346,7 manatlıq, o cümlədən 197.8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları,
148,9 manatlıq qeyri-ərzaq malları alıb.

Son xəbərlər
Digər xəbərlər