11 C
Baku
Monday, September 30, 2024

Bir qrup azərbaycanlı Ukraynadan Moldovaya keçib

Ukraynada yaranmış vəziyyətlə əlaqədar bir qrup azərbaycanlı bu ölkəni tərk edərək, Moldova ərazisinə keçə bilib.

Bunu Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov onların qarşılanması və yerləşdirilməsi barədə Diasporla İş üzrə Dövlət Komitəsinin internet televiziyası olan “Diaspor TV”-yə açıqlamasında bildirib. Onun sözlərinə görə, son 3 gün ərzində təxminən 500 azərbaycanlı Moldovaya keçib:

Roma və Milan metrolarında Xocalı soyqırımı ilə bağlı videoçarx nümayiş etdirilirKoreyadakı azərbaycanlılar Xocalı soyqırımına dair petisiya ilə çıxış ediblər

“Təxminən 80-100 nəfər toplanır və onlar üçün maşın təşkil edirik və onlar Kişinyov şəhərinə gətirilir. Gələn şəxsləri Azərbaycanın Moldovadakı səfirliyi ilə birgə yer tapıb yerləşdiririk. Səfirlik hazırda həmin şəxslərin viza problemi ilə məşğuldur. Təyyarə ilə Rumıniyadan İstanbula uçuş var, bunun üçün də Azərbaycan vətəndaşlarına viza lazımdır. Bu gün səhərdən 25 nəfəri də Kişinyova göndərmişik və daha 10 nəfər də gəlməlidir” – o deyib.

 

 

MənbəApa.az
Son xəbərlər
Digər xəbərlər