-1 C
Baku
Sunday, December 15, 2024

Bir qrup müəllimin maaşı artdı

Diaqnostik qiymətləndirmədən keçən müəllimlər yeni qaydalarla əmək haqqı alacaq.

Hökumət “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğləri”ni təsdiq edib.

Bununla bağlı qərarı baş nazir Artur Rasizadə imzalayıb.

Qərara əsasən, “Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elm və elmi tədqiqat müəssisələri istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli”nin 18-ci dərəcəsinə uyğun olaraq 486 manat, direktor müavinlərinin aylıq vəzifə maaşı isə 435 manat müəyyən edilib.

Son xəbərlər
Digər xəbərlər