2 C
Baku
Saturday, December 14, 2024

Bir səhmə düşən mənfəətlilik (EPS) nədir?

Səhm – sahibinə gəlirinin bir hissəsini dividend şəklində almaq, şirkətin idarə olunmasında iştirak etmək və ləğvi halında əmlakın bir hissəsini əldə etmək hüququ verən qiymətli kağızdır. Səhmlər adi və imtiyazlı səhmlərə bölünürlər. Adi səhmlər imtiyazlı səhmlərə nisbətən daha gəlirli və daha riskli hesab olunur.

Səhm üzrə mənfəətin hesablanması üçün iki metoddan istifadə edilir:

  1. Səhm üzrə əsas mənfəət metodu (Basic EPS)

1

Adi səhmlərin orta sayı – hesabat dövrü ərzində buraxılmış və ya geri alınmış adi səhmlərin sayını orta zaman əmsalına vurulmaqla əldə edilir. Orta zaman əmsalı səhmlərin dövriyyədə olduğu günlərin sayının hesabat dövrünün günlərinin ümumi sayına nisbətidir.

Misal: xalis mənfəət = 2 500 000 man.; imtiyazlı səhmlərə ödənilən dividendlər = 200 000 man.; 1 yanvar adi səhmlərin sayı = 1 000 000; 1 aprel yeni buraxılmış adi səhmlərin sayı = 200 000;      1 oktyabr geri alınmış adi səhmlərin sayı = (100 000). Basic EPS???

2

3

Aktivlərin həcmi dəyişmədiyi halda belə, adi səhmlərin sayı parçalanma (split) nəticəsində dəyişə bilir. Əgər 100 000 səhmə ikinin birə parçalanma (split) tətbiq edərsə, səhmin sayı         200 000 olacaqdır. Qeyd edək ki, səhmlərin dəyərində heç bir dəyişiklik baş vermir, sadəcə səhmlərin sayında dəyişmə olur.

Yuxarıdakı misalda fərz edək ki, 1 iyul tarixində ikinin birə parçalanma (split) baş vermişdir. Qeyd edək ki, parçalanma (split) özündən əvvəlki tarixlərdə olan adi səhmlərin sayına təsir edir.

4

     2. Səhm üzrə azalan (daylutiv) mənfəət metodu (Diluted EPS)

  • Çevrilə bilən imtiyazlı səhmlər

5

Misal: xalis mənfəət = 2 500 000 man.; imtiyazlı səhmlərə ödənilən dividendlər = 200 000 man.; adi səhmlərin orta sayı = 1 000 000; imtiyazlı səhmlərin konvertasiyası nəticəsində 10 000 adi səhm yaranmışdır. Diluted EPS???

6

Nəticəyə görə, Diluted EPS (2.48) >  Basic EPS (2.3). Diluted EPS > Basic EPS olduğu təqdirdə hər zaman Diluted EPS=Basic EPS götürürük. Misalda Diluted EPS=2.3 götürürük.  Əgər imtiyazlı səhmlərin konvertasiyası nəticəsində EPS çoxalırsa buna anti dilutive EPS deyilir.

  • Opsionlar

Misal: xalis mənfəət = 2 500 000 man.; imtiyazlı səhmlərə ödənilən dividendlər = 200 000 man.; adi səhmlərin orta sayı = 1 000 000; 40 000 əldə edilmiş opsion (icra qiyməti = 15 man, bazar qiyməti = 20 man). Diluted EPS???

7

  • Çevrilə bilən istiqrazlar

Misal: xalis mənfəət = 2 500 000 man.; imtiyazlı səhmlərə ödənilən dividendlər = 200 000 man.; adi səhmlərin orta sayı = 1 000 000; istiqrazların konvertasiyası nəticəsində 100 000 adi səhm yaranmışdır (istiqrazın faizi = 200 000, vergi dərəcəsi = 40%). Diluted EPS???

8

Mənbəinnab
Son xəbərlər
Digər xəbərlər