“TuranBanK” ASC-ni 1 səhmdar tərk edib.
Bankın nizamnamə kapitalında iştirakını dayandıran fiziki şəxslərdir. Konkret olaraq, söhbət iştirak payı 5%-dən aşağı olan 1 səhmdardan gedir.
Qeyd edək ki, bundan öncə bankın 27 səhmdarı olub ki, onlardan 6-sı hüquqi, 21-i isə fiziki şəxslər idi. Son prosesdən sonra səhmdarların sayı 26-ya enib.
Rəqəmlərə nəzər saldıqda məlum olur ki, kapitalda iştirakını dayandıran səhmdarlar paylarını elə iştirak payı 5%-dən aşağı olan səhmdarlara satıblar.
Bankın nizamnamə kapitalı 50 mln. 2,466 min manatdır.
APA