Bir satıcının ən böyük səhvi

Günlərin bir günü satış şöbəsində şöbənin yaşlı və müdrik müdiri işə yeni başlamış əməkdaşları toplayır və onlara belə bir sual verir:

– Sizcə bir satıcının ən böyük səhvi nə ola bilər?

Əməkdaşlar düşünməyə başlayırlar. Onlardan biri belə deyir:

– Hər kəsə hər şey satmaq cəhdi.

– Bu ciddi səhvdir. Hətta səhv belə deyil, bu axmaqlıqdır. Yaxşı. Başqa? – deyə şöbə müdiri soruşur.

Digər bir əməkdaş cavab verir:

– Məncə, satıcı öz üzərində işləmək istəməyəndə ən böyük səhvi edir.

– Afərin. Lakin məncə bu ən böyük səhv deyil.

Əməkdaşlardan biri də öz mülahizəsini irəli sürür:

– Bəlkə ən böyük səhv satıcının özünü müştəridən ağıllı hesab etməsidir?

– Bu yaxşı cavabdır. Kimin daha nə fikri var? – deyə müdir soruşur.

– Bəlkə satıcı öz təcrübəsini digər satıcılarla paylaşmamağı ən böyük səhvdir? – əminsizliklə bir əməkdaş deyir.

Müdir cavab verir:

-Pis fikir deyil. Bundan sonra daha cəsarətli ol, oğlum.

Əməkdaşlardan biri deyir:

-Bağışlayın, bəlkə bir satıcının ən böyük səhvi öz səhvlərini qəbul etməməsidir?

Müdir gülümsəyir və belə cavab verir:

– Afərin! Mən bilirdim ki, siz bu suala cavab verə biləcəksiniz.

Digər bir böyük səhv də var: bir satıcının daim öz işində səhv axtarması.

Son xəbərlər
Digər xəbərlər