Bir sıra infrastrukturun tikintisini reallaşdıran şirkət Azərbaycan bazarını tərk edir

Azərbaycanda bir sıra infrastrukturun tikintisini həyata keçirən xarici şirkət bağlanıb
“Mott Macdonald CZ, Spol. S.R.O.” şirkətinin Azərbaycandakı filialı ləğv olunub.

“Vergilər” qəzetində bu barədə deyilir ki, kreditorlar tələblərini Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 3 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, şirkət Azərbaycanda 20 ilə yaxındır fəaliyyət göstərir. Ölkədə dövlət və özəl sektora aid bir neçə infrastrukturun, nəqliyyat, sənaye, su və enerji sahələrinin tikintisində iştirak edib, bunu Finans.az bildirir. Şirkət həmçinin, Bakıda 80 km. uzunluğunda metro xəttinin texniki-iqtisadi əsaslandırması ilə yanaşı, tərtibatı işlərini də həyata keçirib.