Bir sıra ticarət obyektlərində “Bluetooth” üzərindən təmassız ödəniş xidməti təklif olunacaq

Yeni BLE (“Bluetooth Low Energy”) ödəniş texnologiyası cari ilin noyabr ayında istifadəyə veriləcək.

Bunu “APA-Economics”ə “Akhundoff Group”un təsisçisi və idarə heyətinin sədri Telman Axundov deyib.

Onun sözlərinə görə, istifadəçilər bu texnologiya vasitəsilə Bakının bir sıra ticarət obyektlərində alış-veriş edərkən təmassız ödəniş edə biləcəklər.
Qeyd edək ki, “Bluetooth” üzərindən müxtəlif xidmətlərin ödənişlərini “Portmanat” mobil əlavə vasitəsilə aparmaq mümkün olacaq. Hazırda BLE “Portmanat”ın mobil əlavəsinə inteqrasiya olunur. 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları