19 C
Baku
Thursday, April 25, 2024

Bir sutkada karantin rejimi pozanlardan 380.000 manat cərimə toplanıb

Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, koronavirusa qarşı mübarizə çərçivəsində həyata keçirilən nəzarət tədbirləri ilə son sutkada (aprelin 5-dən 6-dək olan müddətdə) respublika ərazisində 3800 nəfərə cərimə kəsilib. Onlar karantin rejimini pozanlardır.

Maraqlıdır, bir sutkada 3800 nəfərə cərimə kəsilibsə, onda toplanan cərimənin ümumi məbləği nə qədər edir.

Karantin rejimini pozanlar İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsilə cərimələnirlər. Həmin maddədə deyilir:

“Maddə 211. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması:

Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə -fiziki şəxslər 100 manatdan 200 manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər 2000 manatdan 5000 manatadək məbləğdə cərimə edilir”.

Buradan belə nəticəyə gəlmək olur ki, karantin rejimini pozanların hər birinə minimum 100 manat cərimə kəsilibsə, onda son sutkada toplam cərimə məbləği 380.000 manat edir.

Amma ola bilsin ki, cərimələnənlər sırasında vəzifəli və hüquqi şəxslər də var və belədə məbləğ daha çox edir.

©Modern

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər