15 C
Baku
Tuesday, November 18, 2025

Bir telefonda bir neçə “WhatsApp” hesabını idarə etmək mümkün olacaq

Mesajlaşma xidməti “WhatsApp”, “iOS” istifadəçiləri üçün beta versiyada çoxlu hesab dəstəyini təqdim edib.

Yeni funksiyanın köməyi ilə istifadəçilər bir neçə hesabı tək bir mobil cihazda idarə edə biləcəklər.

Beta testində “hesab siyahısı” adlı yeni bir bölmə “tənzimləmələr”ə əlavə olunub. Bu funksiya hal-hazırda cihaz başına ən çox iki hesabı dəstəkləyir. Həmin hesablar ya yenidən yaradılmalı, ya da mövcud başqa bir cihazdan “QR” kodunu skan edərək əlavə edilməlidir.

Hazırda bu funksiya yalnız “iOS” platformasında müəyyən beta istifadəçiləri üçün açıqdır. Lakin “WhatsApp”ın gələcək yeniləmələrdə bunu daha geniş istifadəçi kütləsinə yaymaq planı var.

MənbəTREND
Son xəbərlər
Digər xəbərlər