1 C
Baku
Saturday, December 14, 2024

Bir uğurun tarixçəsi: Lamborgini

Bu məqalədə sizə asanlıqla müxtəlif sahələrdə öz işini quran insan haqqında bəhs edəcəyik. Bu insanın adı Ferruçio Lamborginidir.

Lamborgini avtosürücü karyerasında uğursuzluq yaşadıqdan sonra özünə idman avtomobillərinin tərtibatçısı olacağına söz verir. Yarış avtomobillərinin tərtibatı arzusu ilə yanaşı Lamborginidə yerlisi Ferrariyə qarşı olan paxıllıq hissi də var idi.

Yolun başlanğıcı

Lamborgini adi fermer olmalı idi. Onun valideynləri yetərincə uğurlu şərabçılar idilər. Və təbii ki, oğullarının onların davamçısı olacağını gözləyirdilər. Lakin gənc Lamborgini üzümün məhsuldarlığı və şərabın istehsalı ilə deyil, texnika ilə maraqlanırdı. 1930-cu illərin ortalarında o, Boloniya universitetinin sənaye dizaynı fakultəsinə qəbul olur.

Ferruççio universiteti bitirən il İkinci dünya müharibəsi başlayır və o, müharibəyə gedir. Hərbi xidmətini Lamborgini Rodos adasında yerləşən italiyalıların BBC Mərkəzi nəqliyyat şöbəsində edir.

Hərbi qüvvələrdə xidmət etdiyi zaman o, texnika sahəsində biliklərini daha da çox inkişaf etdirir. Lamborginiyə tamamilə sıradan çıxmış mühərrikləri düzəltmək üçün cəmi bir neçə ehtiyat hissəsi kifayət edirdi.

Ferruccio at Tractor Factory 1968

Lamborghini Trattori şirkətinin yaradılması

Müharibə bitdikdən sonra gənc Lamborgini fermerçiliklə məşğul olmaq istəmir. O, universitetdə öyrəndiklərini tətbiq etməyə başlayır. Kəndlilərə kömək etmək üçün və bir az pul qazanmaq üçün Lamborgini traktorların tərtibatı ilə məşğul olmağa başlayır. O, ilk traktoru faktiki olaraq metal qırıntılarından düzəltmişdi. Bu traktorlara tələbat yüksək olur və Lamborgini hərbi texnika, maşınlar istifadə edərək kiçik traktorlar düzəltməyə başlayır. Üç ildən sonra Çentoda traktor zavodu açır və

Lamborghini Trattori şirkətinin əsası qoyulur. Lakin bu yalnız başlanğıc idi. Şirkət özü düzəltdiyi traktorları istehsal etməyə başlayır. İlk dəfə həmin traktorlara ticarət nişanı olan öküz işarəsi həkk olunur.

1950-ci illərdə şirkət gün ərzində 400 traktor istehsal edirdi. Lamborghini Trattori traktorlarının üstünlükləri texniki səciyyələndirmədə və keyfiyyətli olmaqlarında idi. Lamborgini hər bir yeni modelin layihələndirməsində və sınağında iştirak edirdi. Heyrətləndirici intuisiyası və texniki biliklərin sayəsində onun şirkəti hər zaman rəqiblərini bir neçə addım qabaqlayırdı. Qeyd etdiyimiz amillər şirkətə nəinki İtaliyada, həmçinin Avropada bazarın bu seqmentində monopoliya mövqeyini tutmağa imkan verir.

lambo evolution

Lamborghini Bruciatori firması – yeni sıçrayış

Şirkətin yaradılmasından 15 il ötdükdən sonra Ferruççio Lamborgini öz şirkətini genişləndirmək qərarına gəlir. “Traktor biznesi” stabil olaraq inkişaf edirdi və onun tərəfindən xüsusi diqqət tələb etmirdi. Artıq Lamborgini öz işini yaratmaq üçün təcrübəsi və əhəmiyyətli kapitalı var idi. 1960-cı ildə o, isidici və sərinləşdirici avadanlıq istehsal edən Lamborghini Bruciatori firmasının əsasını qoyur.

Bunun müxtəlif səbəbləri var idi. Buna oxşar avadanlıqlar hələ İtaliyada istehsal olunmurdu. Müəssisənin iqtisadi cəhətdən nisbətən zəif bölgədə yerləşdirilməsi yerli əhalinin işlə təmin olunmasına və dövlət büdcəsinə vəsaitlərin yatırılmasına səbəb olurdu. Beləliklə, Lamborgini həmçinin Pyeve di Çento bölgəsinin iqtisadi səviyyəsinin də qalxmasını planlayırdı.

Qısa bir müddətdən sonra müəssisə öz sahibinə stabil gəlir gətirməyə başlayır.

163124767

Lamborginin fəaliyyəti İtaliyan hökuməti tərəfindən layiqincə qiymətləndirilir və ona Dəfnə Çələnginin Kavaleri və Commendatore titulları verilir. Lakin 1963-cü ildə Lamborgini daha bir şirkət açmaq qərarına gəlir. Bu dövrdə ona Ferrarinin şöhrəti rahatlıq vermirdi.

Əfsanəyə görə, iki nəhəng iş adamları bir dəfə Ferrari nişanı altında buraxılan avtomobillərinin keyfiyyəti barəsində mübahisə edirlər. Ferrari Lamborginiyə onun istehsal etdiyi avtomobillərin keyfiyyəti haqqında düşünməyi və bir tədbir almasını məsləhət görür. Özünü təhqir olunmuş hesab edən Lamborgini özünə Ferrarinin istehsal etdiyi avtomobillərdən daha yaxşı avtomobillər tərtib etməyə söz verir.

Son xəbərlər
Digər xəbərlər